Samsung Galaxy-ni necə tez şarj etmək olar

Son yeniləmə tarixi : 11-04-2025

Galaxy smartfonunuzu tez şarj etmək üçün onun parametrlərində Sürətli yüklənmə rejimi nəzərdə tutulub. Bu rejim aktiv olduqda, smartfon 0%-dən 50%-ə qədər cəmi 20-40 dəqiqə ərzində şarj olunacaq (smartfon modelindən və batareyanın həcmindən asılı olaraq).

Orijinal Samsung şarj cihazından istifadə edildikdə, sürətli şarj rejimi smartfonun batareyasına mənfi təsir göstərmir.

Adapter qoşuldu

Sürətli yüklənmə və ya Sürətli naqilsiz yüklənm rejimini necə aktiv etmək olar

Cihaza gayğı Cihaza gayğı

1. Parametrləri açın, Cihaza gayğı seçin.

Batareya Batareya

2. Batareya düyməsini basın.

Doldurma parametrləri Doldurma parametrləri

3. Doldurma parametrlərini seçin.

Sürgüyü basın Sürgüyü basın

4. Aktiv etmək üçün lazımi rejimin yanında olan sürgüyü basın. Funksiyaların işləməsi şarj cihazının tipindən asılıdır.

  • Sürətli yüklənmə sürətli naqilli şarj cihazı ilə istifadə üçün nəzərdə tutulub. Şarj cihazının korpusunda Fast Charging və ya Adaptive Fast Charging yazısı olmalıdır.
  • Çox sürətli yüklənmə super sürətli naqilli şarj cihazı ilə istifadə üçün nəzərdə tutulub. Şarj cihazının korpusunda Super Fast Charging yazısı olmalıdır.
  • Sürətli naqilsiz yüklənm sürətli naqilsiz şarj paneli ilə şarj etmək üçün nəzərdə tutulub.

Çox sürətli şarjı dəstəkləyən bəzi modellərdə Çox sürətli yüklənmə bəndi olmaya bilər. Onun əvəzinə Sürətli yüklənmə istifadə olunur. Əgər bu parametr aktivdirsə, şarj sürəti şarj cihazından asılı olacaq. Məsələn, əgər şəbəkə adapterinin maksimal gücü 25 Vt və ya daha yüksəkdirsə, Çox sürətli yüklənmə işləyəcək.

Qeyd:

  • Şarj zamanı bu rejimləri aktiv etmək və ya söndürmək mümkün deyil. Telefonu şarj cihazından ayırın, parametrləri dəyişdirin və yenidən şəbəkəyə qoşun.
  • Bəzi cihazlarda sürətli şarj parametrləri ilk dəfə şarj cihazına qoşulana qədər olmaya bilər.
  • Super sürətli şarj funksiyasının olması cihaz modelindən asılıdır.
  • Şarj sürətini artırmaq üçün mobil cihazı və ya onun ekranını söndürün.
  • Əgər cihaz qızarsa və ya ətraf mühitin temperaturu yüksəlirsə, şarj sürəti avtomatik olaraq azala bilər. Bu, cihazın zədələnməsinin qarşısını almaq üçün normal iş vəziyyətidir.

Cari şarj rejimini harada görmək olar

Cari şarj rejimi haqqında məlumatı batareyanın parametrlərində və ya bildiriş panelində görə bilərsiniz (Android və One UI versiyasından asılıdır).

Smartfon şarj cihazına qoşulduqda, Parametrlər > Cihaza gayğı > Batareya bölməsini açın və şarj miqyasının altındakı imzaya baxın.

Sürətli yüklənmə Sürətli yüklənmə

Sürətli yüklənmə

Çox sürətli yüklənmə Çox sürətli yüklənmə

Çox sürətli yüklənmə

Qeyd:

Cihazın ekran görüntüləri və menyular cihaz modelindən və proqram təminatının versiyasından asılı olaraq fərqlənə bilər.

Hansı şarj cihazları sürətli şarjı dəstəkləyir

Yalnız rəsmi Samsung şarj cihazlarından istifadə etməyi məsləhət görürük. Digər istehsalçıların şarj cihazlarından istifadə edildikdə, göstərilən şarj sürəti səhv ola bilər və sürətli şarj rejimləri dəstəklənməyə bilər.

Sürətli yüklənmə üçün Fast Charging və ya Adaptive Fast Charging işarəsi olan naqilli şarj cihazından istifadə edin. Belə şarj cihazlarının gücü 15 Vt-dır.

Çox sürətli yüklənmə üçün Super Fast Charging işarəsi olan naqilli şarj cihazından istifadə edin. Belə şarj cihazlarının gücü 25 və ya 45 Vt-dır.

Samsung Sürətli şarj cihazı Samsung Sürətli şarj cihazı

Sürətli şarj cihazı

Samsung Super sürətli şarj cihazı Samsung Super sürətli şarj cihazı

Super sürətli şarj cihazı

Qeyd:

Əgər USB kabeli şarj adapterinə düzgün qoşulmayıbsa, mobil cihazınız tez şarj olunmayacaq. USB kabelinin şarj cihazına möhkəm qoşulduğundan əmin olun, əks halda smartfona daha az enerji veriləcək və şarj sürəti aşağı olacaq.

Sürətli naqilsiz yüklənm üçün USB Power Delivery və Adaptive Fast Charging standartlarını dəstəkləyən naqilsiz şarj cihazından istifadə edin.

Samsung Sürətli naqilsiz yüklənm

Qeyd:

Sürətli naqilsiz şarj zamanı şarj cihazına quraşdırılmış ventilyator səs çıxara bilər.

ПŞarj cihazlarının və onların xüsusiyyətlərinin tam siyahısını Smartfonlar, planşetlər və Galaxy Watch üçün aksessuarlar bölməsində görə bilərsiniz.

Şərhiniz üçün təşəkkür edirik!