Samsung Galaxy-də abunəçinin adının səsləndirilməsini necə aktiv etmək olar

Son yeniləmə tarixi : 14-04-2025

Zəng gəldikdə məşğul olduqda, telefon ekranına baxmaq əlverişsiz ola bilər. Əgər zəng edənin adını səsləndirmə funksiyası aktivdirsə, həmişə kimin zəng etdiyini biləcəksiniz. 

Samsung Galaxy abunəçinin adını səsləndirir

Zəng edənin adını səsləndirmənin necə tənzimlənməsi

Telefon Telefon

1. Telefon tətbiqini açın və zənglər siyahısının yuxarı sağ küncündəki üç nöqtəyə basın.

Parametrlər Parametrlər

2. Parametrlərə keçin.

Zənglərin cavablandırılması və bitirilməsi Zənglərin cavablandırılması və bitirilməsi

3. Zənglərin cavablandırılması və bitirilməsi bölməsinə keçin.

Zəng edənin adını ucadan oxu Zəng edənin adını ucadan oxu

4. Zəng edənin adını ucadan oxu açın.

Sürgü düyməsinə basın Sürgü düyməsinə basın

5. Funiksiyanı aktiv və ya deaktiv etmək üçün sürgü düyməsinə basın.

Zəng edənin adının nə zaman səsləndiriləcəyini seçə bilərsiniz: həmişə və ya yalnız qoşulmuş səs cihazı vasitəsilə.

Səsləndirmə işləmirsə nə etməli

1 Başqa səs modulunun işini yoxlayın.

Android 14-13-də:

Xüsusi imkanlar Xüsusi imkanlar

1. Parametrləri açın, Xüsusi imkanlar bölməsinə keçin.

TalkBack TalkBack

2. TalkBack keçin.

Parametrlər Parametrlər

3. Parametrləri bölməsinə keçin.

Mətndən-nitqə Mətndən-nitqə

4. Mətndən-nitqə açın.

Üstünlük verilən mühərrik Üstünlük verilən mühərrik

5. Üstünlük verilən mühərrik bölməsinə keçin.

Dil modulunu başqasına dəyişin Dil modulunu başqasına dəyişin

6. Dil modulunu başqasına dəyişin və onunla funksiyanın işini yoxlayın.

Dişli Dişli

7. Üstünlük verilən mühərrik yanında olan dişli çarxa toxunun.

Lazımi dili seçin Lazımi dili seçin

8. Lazımi dili seçin.

Android 12 və aşağıda:

Parametrlər → Ümumi idarəetmə → Mətndən-nitqə → Üstünlük verilən mühərrik.

  • Əgər lazımi dil yoxdursa, başqa modul ilə yoxlayın və ya "Səs məlumatlarını quraşdır" bölməsindən lazımi dili yükləyin.
  • Əgər "Dil" bölməsində "Sistem dilindən istifadə et" yazılıbsa - dil telefon menyusunun dilinə uyğun olacaq.
  • Əgər dəstəklənən dil yoxdursa, modul ingilis dilində olacaq.
2 "Samsung mətndən nitqə mexanizmi" və "Google Səs Xidmətləri" tətbiqlərinin məlumatlarını təmizləyin..
Proqramlar Proqramlar

1. Parametrləri açın, Proqramlar bölməsinə keçin.

Filtr Filtr

2. Filtr nişanına toxunun

Sistem proqramlarını göstər Sistem proqramlarını göstər

3. Sistem proqramlarını göstər maddəsinin yanında olan sürgü düyməsini aktiv edin. Sonra OK düyməsinə basın.

Axtarış Axtarış

4. Axtarış simgesini vurun.

Samsung mətndən nitqə mexanizmi Samsung mətndən nitqə mexanizmi

5. Lazımi səs modulunu (məsələn, "Samsung mətndan nitqa mexanizmi") tapın və ona basın.

Yaddaş yeri Yaddaş yeri

6. Yaddaş yeri bölməsini açın.

Məlumatları sil Məlumatları sil

7. Ekranın aşağı sol tərəfindəki Məlumatları sil düyməsinə basın.

Nəticədə, tətbiqin parametrləri ilkin konfiqurasiyasına qayıdacaq.

3 Smartfon və səs modulları üçün yeniləmələrin olub-olmadığını yoxlayın.
Əgər mövcud yeniləmələr varsa - onları quraşdırın. Yeniləmələr smartfon proqram təminatındakı səhvlərlə əlaqəli problemləri aradan qaldıra bilər.
4 Təhlükəsiz rejimdə səs modullarının işini yoxlayın.
Bəzi yüklənmiş tətbiqlər parametrlərdə dəyişikliklər edə və cihazın normal işinə mane ola bilər. Təhlükəsiz rejimdə yalnız sistem tətbiqləri işləyir. Bütün quraşdırılmış üçüncü tərəf tətbiqləri aktiv deyil.
Əgər təhlükəsiz rejimdə zəng edənin adını səsləndirmə funksiyası işləyirsə, deməli problem quraşdırılmış tətbiqlərdən birindən qaynaqlanır.

Əgər heç bir addım funksiyanın işini bərpa etməyə kömək etmədisə, smartfonun diaqnostikası və təmiri üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!