Samsung mikrodalğalı sobaların xəta kodları

Son yeniləmə tarixi : 08-04-2025

“SE” / “5E” xətası

Nə deməkdir

İdarəetmə paneli nasazdır.

Necə düzəltmək olarь

Texnikanın diaqnostikası və təmiri üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.

“C-d0” xətası

Nə deməkdir

Hər hansısa bir düymə 10 saniyədən çox basılı saxlanılır.

Necə düzəltmək olar

1 Sobanı rozetkadan çıxarın.
2 Düymləri yoxlayın və onların ətraflarında və ya üzərində su (maye) olmadığından əmin olun.
• Əgər su varsa - silin və quruması üçün 1-2 saat gözləyin.
3 Sobanı rozetkaya qoşun.
• Əgər xəta görünməzsə – sobadan istifadə etməyə davam edə bilərsiniz.
• Əgər xəta yenidən çıxarsa, diaqnostikası və təmiri üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.

“Е7” xətası

Nə deməkdir

“Buxarla təmizləmə” rejimində işləmə zamanı qapı açılıb.

Necə düzəltmək olar

1 Qapını bağlayın.
2 “Start” düyməsini basın. Soba işləməyə davam edəcək.

“Е-32” xətası

Nə deməkdir

Çəki sensorunun göstəricisi (məhsulun çəkisini təyin etmək və qızdırma müddətini avtomatik olaraq düzəltmək üçün lazımdır) 30 qramdan az olduqda displeydə xəta görünür.

Necə düzəltmək olar

1 Yumru şüşəli qabını çıxarın.
2 Qabı fırladan dişli çarxa bir neçə dəfə basın.
3 Qabı yerinə qoyun.
3 Bir stəkan su tökün, qaba qoyun və sobanı işə salın.
• Əgər xəta görünməzsə – sobadan istifadə etməyə davam edə bilərsiniz.
• Əgər xəta yenidən çıxarsa, diaqnostikası və təmiri üçün ən yaxın rəsmi servis mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!